Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nikaraquadakı etiraz aksiyalarında baş vermiş toqquşmalarda 13 nəfər xəsarət alıb

Nikaraquadakı etiraz aksiyalarında baş vermiş toqquşmalarda 13 nəfər xəsarət alıb

Date: 1 December 2016 08:57

Bakı. 1 dekabr. REPORT.AZ/ Nikaraquada Transokean kanalının inşasına etiraz əlaməti olaraq aksiya keçirən kəndlilərlə polis arasında baş vermiş qarşıdurmada azı 13 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə "Noticias RCN" məlumat yayıb.
Nikaraqua polisinin rəis müavini Fransisk Dias aksiya iştirakçılarını Sardina və San-Miqelitod yaşayış məntəqələrində hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı aqressiv davranmaqda ittiham edib. Həmin ərazilərdəki aksiyalarda 6 polis əməkdaşı xəsarət alıb.
Öz növbəsində qarşı tərəfin vəkili bu ittihamları təkzib edərək toqquşmalara görə polisi günahlandırb. Qarşıdurma zamanı həmçinin yeddi kəndli də xəsarət alıb. 


Tags:  Nikaraquadakı etiraz aksiyalarında baş vermiş toqquşmalarda 13 nəfər xəsarət alıb

RƏYLƏR


Top news