Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Date: 1 December 2016 09:12

Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabrın 30-da, saat 10:00-da “Meqa Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, yığıncaq Şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19a ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyi açıqlanmır.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.


Tags:  Meqa Sığortanın səhmdarlarının yığıncağı keçiriləcək

RƏYLƏR


Top news