Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edilib

ABŞ-da Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edilib

Date: 1 December 2016 09:22

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sənədə əsasən, ABŞ-da akkreditə olan Rusiya diplomatik nümayəndələrinin əməkdaşları təqvim rübü ərzində öz iş yerlərindən 40 km uzağa səfər etmək üçün əvvəlcədən ABŞ hökumətini xəbərdar etməlidirlər.
 
Qərarın lehinə 390, əleyhinə isə 30 konqresmen səs verib.
 
ABŞ Konqresinin Nümayəndələr Palatası 2017-ci maliyyə ilində ABŞ kəşfiyyat xidmətlərinin maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edib. Yeni qaydalar "ABŞ-da akkreditə olan Rusiya diplomat və konsullarının səfərlərinin məhdudlaşdırılması" adlı bölmədə yer alıb. 

Milli.Az


Tags:  ABŞ-da Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edilib

RƏYLƏR


Top news