Kürdəmirdə DƏHŞƏTLİ QƏZA: ölən var

Kürdəmirdə DƏHŞƏTLİ QƏZA: ölən var
09:37 1 Dekabr 2016
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ağsu-Kürdəmir-İmişli yolunun 27-ci kilometrliyində, Kürdəmir rayonunun Qaraqocalı  kəndindən keçən hissəsində Ağsu rayon sakini, 1981-ci il təvəllüdlü Vüsal Nadir oğlu Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə eyni istiqamətdə hərəkətdə olan Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Əşrəf Müslüm oğlu İsmayılovun  idarə etdiyi qoşqulu traktor toqquşub.
 
Nəticədə minik maşınında olan sərnişin Məhəmməd Nadir oğlu Əhmədov ağır xəsarətlər alıb, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, M. Əhmədov xəstəxanada ölüb.
 
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.   

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR