Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Azərbaycan-ABŞ biznes-forumu keçirilir

Bakıda Azərbaycan-ABŞ biznes-forumu keçirilir

Date: 1 December 2016 09:37

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-ABŞ biznes-forumu işə başlayıb. “Report” xəbər verir ki, tədbirdə Azərbaycanın vergilər naziri Fazil Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və başqa rəsmi şəxslər iştirak edirlər.
Forumda bankçılıq və maliyyə, enerji və sənaye, kibertəhlükəsizlik və onlayn ticarət, kənd təsərrüfatı və ticarət, eləcə də nəqliyyat sahəsi üzrə müzakirələr aparılacaq.
Tədbir çərçivəsində Azərbaycan hökuməti ilə Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) arasında anlaşma memorandumu imzalanacaq.


Tags:  Bakıda Azərbaycan-ABŞ biznes-forumu keçirilir

RƏYLƏR


Top news