Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azercell" internet tarif paketlərində dəyişiklik edəcək

"Azercell" internet tarif paketlərində dəyişiklik edəcək

Date: 1 December 2016 09:47

Bakı. 1 dekabr. REPORT.AZ/ Yanvarın 11-dən etibarən "Azercell Telecom" şirkətinin “Hədsiz” və “Hədsiz İnternet” tarif paketləri çərçivəsində təqdim edilən internetin həcmi istifadə müddətindən tez bitdikdə müvafiq müddətin sonunadək internet istifadəsi dayandırılacaq.
“Report” xəbər verir ki, bununla da “Hədsiz” və “Hədsiz İnternet” tarif paketləri çərçivəsində təqdim edilən internet həcmindən əlavə istifadə edilən hər 1 MB üçün 0,07 manat tarifi tətbiq edilməyəcək.
Müvafiq tarif paketi yenilənənədək internet istifadəsini davam etmək istəyən abunəçilər birdəfəlik internet paketləri və ya digər şərtləri olan internet paketləri əldə edə bilərlər.


Tags:  Azercell internet tarif paketlərində dəyişiklik edəcək



RƏYLƏR


Top news