Almazbek Atambayev bir il sonra Qırğızıstan prezidenti vəzifəsindən gedəcək

Almazbek Atambayev bir il sonra Qırğızıstan prezidenti vəzifəsindən gedəcək
09:52 1 Dekabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Qırğızıstan prezidenti Almazbek Atambayev bir il sonra postunu tərk edəcəyini bəyan edib.
"Report" xəbər verir ki, o, bu barədə bu gün ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Bu gün prezident olmağımın altıncı ili başladı. Zaman çox sürətlə keçir. Məncə, Qırğızıstan vətəndaşların köməyi ilə çox şey edə bilmişik. İndi bizim tam fərqli ölkəmiz var. Bir il sonra vəzifəmdən ayrılacam, iki-üç il sonra isə görülən işlərin nəticəsi görünəcək", - deyə A.Atambayev vurğulayıb.
Prezident xalqın gələn il seçkilərdə kimi seçəcəyini bilmədiyini, əsas məsələnin bir şəxsin ölkəni getdiyi yoldan geri çevirə bilməməsinin təmin edilməsi olduğunu bildirib.
Qeyd edək ki, A.Atambayev 2011-ci ildə Qırğızıstan prezidenti seçilib, onun bu vəzifədə səlahiyyət müddəti 2017-ci ilin sonunda başa çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almazbek-atambayev-bir-il-sonra-qirgizistan-prezidenti-vezifesinden-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR