Azərbaycan Mərkəzi Bankı 1 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, dekabrın 1-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7318 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,8360 manat təşkil edir.
1 türk lirəsi 0,5038 manat, 1 rus rublu 0,0270 manatdır.