Qəbələdə sizin sağlamliq və gümrahlıq məkanınız "Chenot Palace Health Wellness Hotel" - FOTO

Qəbələdə sizin sağlamliq və gümrahlıq məkanınız "Chenot Palace Health Wellness Hotel" - FOTO
10:05 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Sifarişlər 2016-cı ilin dekabrın 1-dən qəbul edilir.

Sağlamlıq və Gümrahlıq mütəxəssisi olan Anri Şeno Azərbaycanda müasir sağlamlıq və gümrahlıq məkanını təqdim edir. Mükəmməl detoks və gümrahlaşdırıcı Şeno metoduna əsaslanan yeni otel, heyranedici Qəbələdə möhtəşəşam ağaclarının sükut və əmin-amanlığı ilə əhatə olunmuş Nohur gölünün sahilində yerləşir.

Əgər bizim fəlsəfəmiz mənzərə dilinə tərcümə oluna bilsəydi, o, Qəbələ regionunun meşələrinin əmin-amanlığı, göllərinin sükutu, şəlalələrinin enerjisi və təpələrinin zərifliyi olardı. Nəfəskəsici gözəllik ilə birgə həm də sakitlik və enerjinin unikal kombinasiyasını təklif edən ideal bir məkan.

Chenot Palace Health Wellness Hotel aşıb-daşan şəhərlərin səs-küy və qayğılarından uzaqlaşmaq və gündəlik həyatın bizdən aldığıenerjini bərpa etmək, güc və enerji toplamaq üçün mükəmməl bir yerdir.

Yeni məkanın açılması ilə birgə bizim terapevtik yanaşma da genişlənib. Tibbi spa mərkəzi 6000 kvadrat metri əhatə edir və bura ən son texnologiyalara uyğun diaqnostik texniki avadanlıqlar ilə təchiz edilmişdir. Güclü və unikal Şeno metodu müalicə protokolları ilə birgə bu, bizim ixtisaslaşmış mütəxəssislərimizə hər bir qonağı onun şəxsi gümrahlığına uyğun olaraq individual proqram ilə təmin etməyə imkan verir. Fiziki gümrahlıq üçün təchiz olunmuş qabaqcıl metabolizmin optimallaşdırılmasına nail olan Metabolizm Laboratoriyası ilə birgə təkmil İnsan Fəaliyyəti Şöbəsi; bütün bədənin krioterapiyası üçün -110° C -lik kriokamera; fitnes skrinninq üçün İdman Laboratoriyası, Anti-qravitasiya texnologiyaları və Normobaric Hipoksik (azaldılmış oksigen) mövcuddur.

İndividual Gümrahlıq proqramı məhz Doktor Anri Şenonun 45 ildən daha uzun bir müddətdə təkid və səylə çalışmasının nəticəsidir. Bizim metod şəxsin tam həyati harmoniyasını təmin etmək üçün onun bədəni, zehni və emosiyaları üzərinə diqqətimizi yönəltməyə əsaslanır.

"İnsanlar uzun müddət yaşayırlar və onlar öz fəaliyyətlərini gəncliklərində olduğu vəziyyətdə saxlamağa ehtiyac duyurlar. Bizim əsas məqsədimiz bədənin bütün hüceyrələrinin bir-biri ilə harmoniyada olduğu, həyat enerjisi ilə dolu və tam funksional gümrah bir bədən ilə təmin etməkdir. Bu, bizim qürur, peşəkar qayğı və komanda ruhu ilə həyata keçirdiyimiz bir məqsəddir". (Doktor Anri Şeno)

İllər boyunca, bu prinsip bizi qısa zaman müddətində tətbiq olunan güclü müalicə protokollarının unikal təsirini yaratmağa imkan verdi. Bu unikal metodlar bədəni toksinlərdən təmizlənmək, qidalandırıcı maddələri mənimsəmək, tonus və enerji səviyyəsini artırmaq və uzunmüddətli fizioloji faydaları balanslaşdırmaq üçün stimulyasiya edir. Bu nəticələr həyat tərzini fərdi ehtiyaclara uyğun olaraq dəyişdikdə daha effektiv olur.

Düzgün diaqnoz, bizim üçün çox mühüm olan hərtərəfli yanaşmadan sonra təyin olunur və bu bizə qonaqlarımızın fərdi gümrahlıq vəziyyəti barədə məlumatlı olmağa imkan verir ki, bunun da əsasında biz fərdi müalicə planı hazırlayırıq. Nəzərdə tutulan müalicə prosedurları orqanizmi özünün daxili müalicəsini əmələ gətirməyə sövq edir və enerjililik, funksionallıq, daxili harmoniya ilə özünü göstərir.

Qonaqlarımızı bu gümrahlaşma yolunda daxili tibb, kardiologiya, idman gümrahlığı, enerjiverici proseduralar, akupunktura, estetik tibb, qidalanma, osteopatiya, fizioterapiya və fitness üzrə Avropanın yüksək səviyyəli tibbi mütəxəssisləri müşayiət edir. Bu komanda aktiv olaraq dünyanın ən tanınmış beynəlxalq tibbi konqreslərində təqdim olunan ən son tədqiqatlarda iştirak edir və öyrənirlər. Buna görə də, biz mükəmməl və uzunmüddətli nəticələr verən ən son və effektiv texnika və texnologiyalar ilə təmin etmək iqtidarındayıq.

Bizim metodumuzun ayrılmaz hissəsi olan Şeno pəhrizi göstərir ki, individual gümrahlıq yalnız ən yaxşı inqredientlərdən asılı deyil, bu eləcə də, kalori sıxlığından, qida dəyərindən, unikal hazırlanma üsulu və zərif dad və incə təqdimatı özündə birləşdirən bişirmə prosesindən asılıdır. Pəhriz, orqanizmin təmizlənməsi və balanslaşdırılması üçün çox mühüm əhəmiyyətə malikdir. O, yaşlanmaya və iltihaba qarşı fəaliyyətə malik hüceyrələrin bərpasını stimulyasiya edir. Pəhriz və müalicə prosedurlarının kombinasiyası daxili və xarici gümrahlığı təmin edir. Bizim gündəlik həyatda qidalanma ilə bağlı təkliflərimiz hər kəsə uzunmüddətli gümrahlıq təmin edən daha sağlam həyat tərzi əldə etməyə kömək edir.

26 hektarlıq nəhəng park: Nohur gölü, hovuzlar, həmçinin şəlalələrdən ibarət gözəl mənzərə təqdim edir. Qəbələ mənzərəsinin bəxşetdiyi rahatlıq hissi insanları gəzintilərə çıxmaq və qaçış kimi fiziki hərəkətlər etməyə həvəsləndirərək həyat enerjilərini artırmağa sövq edir. Açıq hovuz mükəmməl bir rahatlıq ab-havası yaradır.

Təbii material və rənglər sayəsində, "Chenot Palace Health Wellness Hotel"-i onu əhatə edən təbiət ilə harmoniayla uyğunlaşır. Onun axıcı formaları və işıqları harmoniya və rahatlıq hissi bəxş edir. İnteryer dizayn, hətta onun ən kiçik detalları belə təbiətdən ilhamlanıb: böyük pəncərələr mənzərəli görünüş ilə təmin edir, təbii ağacdan hazırlanmış döşəmələr və sadə dizayn olunmuş mebel yüngüllük hissi verərək mülayim, qayğıkeş və ilhamverici bir atmosfer yaradaraq qonaqlarımızın tam rahatlığı və bərpasını təmin edir.

Hər bir pəncərə, eyvan və terrasdan açılan zərif və heyranedici görünüş bizim 72 otaq və şəxsi SPA mərkəzi olan 3 villanın xarici vədaxili sahəsini birləşdirir.

Dövrümüzdə dəbdəbənin əsas mahiyyətinin fiziki və zehni gümrahlıq ilə heç bir əlaqəsi yoxdur. Lakin bizim həyatımızın keyfiyyətini və orqanizmimizin funksionallığını uzunmüddətli bərpa etmək imkanımız var. Buna görə də, öz gümrahlığının qayğısına qalan vəsağlamlığını uzunmüddətli yaxşılaşdırmaq istəyən hər bir kəs ideal istirahət və gəncləşmənin mükəmməl harmoniyasını təmin edən "Chenot Palace Health Wellness Hotel-ə güvənə bilər.

Birincilər arasında olun:  

Qarşıdan gələn açılışla əlaqədar olaraq Chenot Palace Health Wellness Hotel-in qonaqlarına unikal imkan təqdim edilir- xüsusi təklif "SOFT OPENING" proqramı.

Təklifə daxildir: 

- Boş otaqlar mövcud olduğu halda yüksək kateqoriyalı otağın ödənişsiz verilməsi.

- Boş otaqlar mövcud olduğu halda gec çıxma prioriteti

- proqramlara 20% güzəşt

- Chenot məhsullarına 10% güzəşt

- Otaqlara eksklüziv qiymət bir yerli və ya iki yerli bir gecələmə 241 AURO-dan başlayaraq  

Həmçinin: 

7 gecə bron et, 6 gecəni ödə (ancaq otaqlara şamil olunur)
5 gecə bron et, 4 gecəni ödə (ancaq otaqlara şamil olunur)
 

Bu kampaniya 31 dekabr 2016-cı ilədək qüvvədədir. 

Tariflər Chenot qrupunun əlavə güzəştlərinə tətbiq olunmur.

Bron və əlavə məlumat üçün: reservations@chenotpalace.com və ya +994 50 2902878.

Web: http://www.chenotpalace.com/en


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/494547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR