"AmCham"ın üzvləri üçün Azərbaycan sərhədində "yaşıl koridor" açılacaq

"AmCham"ın üzvləri üçün Azərbaycan sərhədində "yaşıl koridor" açılacaq
10:12 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən biznes-forum çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ilə "AmCham" arasında anlaşma memorandumu imzalanıb. "Report" xəbər verir ki, memorandumu DGK tərəfindən qurumun sədri Aydın Əliyev, "AmCham" tərəfindən isə Palatanın prezidenti İlqar Vəliyev imzalayıblar.
Memorandum Palataya üzv olan şirkətlər üçün sərhəd-gömrük məntəqələrində malların və nəqliyyat vasitələrinin daşınmasında "yaşıl koridor" və digər keçid sistemlərinin istifadəsi üzrə razılaşmanı əks etdirir.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/amcham-in-uzvleri-ucun-azerbaycan-serhedinde-yasil-koridor-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR