Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropada sərhədlər dəyişir

Avropada sərhədlər dəyişir

Date: 1 December 2016 10:33

Avropa İttifaqının üzvü olan Belçika və Hollandiya dövlətləri sərhədlərinin yenidən müəyyən edilməsi ilə bağlı razılığa gəliblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən razılıq əsasında Belçika 16 hektarlıq 2 ərazisini Hollandiyaya verəcək. Əvəzində isə Hollandiya 3 hektarlıq ərazisini Belçikaya bağışlayacaq.

Razılıq sazişi Hollandiya və Belçika sərhədində yerləşən Mmas çayı yatağının dəyişidrilməsindən sonra əldə olunub.

Xatırladaq ki, Belçika 1830-cu ildə Hollandiyadan müstəqilliyini əldə edib. Həmin ildən sonra iki ölkə arasında sərhədlər Mmas çayı boyunca müəyyən edilib. Ancaq 1961-ci ildə əlaqələrin asanlaşdırılması üçün Mmas çayının yatağı dəyişdirilib.

Vasif Həsənli




Tags:  Avropada sərhədlər dəyişir

RƏYLƏR


Top news