Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kriminal aləmin "Qoca"sı 3 ailə üzvü ilə birgə tutuldu - FOTO

Kriminal aləmin "Qoca"sı 3 ailə üzvü ilə birgə tutuldu - FOTO

Date: 1 December 2016 10:37

Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir ailənin 4 üzvü saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Zümürxan kəndində ata və 3 oğlu tutulublar.

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Vəkil Əsgərov bildirib ki, rayon polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, 30 yaşlı Elgiz Məmmədov qardaşı, 24 yaşlı Mənaf Məmmədovla birlikdə rayon sakini Elçin Əliyevə narkotik maddə satarkən iş başında saxlanılıblar. Bundan sonra Məmmədovların yaşadıqları evə baxış keçirən polis əməkdaşları saxlanılan şəxslərin ataları, 49 yaşlı Ədilxan Məmmədovun və saxlanılanların daha bir qardaşı, 33 yaşlı Samir Məmmədovun otağından 1 kq 200 qram qurudulmuş marixana və 16 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar ediblər.

Polisin məlumatına görə, 30 yaşlı Elgiz Məmmədov kriminal nüfuza malik şəxsdir o, el arasında "Qoca" ləqəbi ilə tanınır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az





Tags:  Kriminal aləmin Qocası ailə üzvü birgə tutuldu FOTO

RƏYLƏR


Top news