Milli komandamızın qapıçısı Kamran Ağayevdən xəbər var. Fanat.Az xəbər verir ki, zədələnən qolkiper müayinədən keçib.
Məlum olub ki, Kamranın zədəsi o qədər də ciddi deyil. Düzdü, "Boavişta"nın formasını geyinən qapıçı bir müddət oynaya bilməyəcək. Amma onun istirahəti uzun çəkməyəcək.
Qeyd edək ki, dünən yayılan məlumatlarda Ağayevin 3-4 ay yaşıl meydanlardan kənarda qala biləcəyi deyilirdi.
Fanat.Az