Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Komitəsinin sədri: “Dünya əhalisinin hər 6 nəfərindən biri münaqişə ocağında yaşayır”

Dövlət Komitəsinin sədri: “Dünya əhalisinin hər 6 nəfərindən biri münaqişə ocağında yaşayır”

Date: 1 December 2016 10:57

Bakı. 1 dekabr. REPORT.AZ/ "Hazırda dünya əhalisinin 1,2 milyard nəfərinin yaşadığı ərazilərdə müharibə və münaqişələr baş verir. Bu o deməkdir ki, yer kürəsi əhalisinin hər 6 nəfərindən biri münaqişə ocağında yaşayır və münaqişəyə cəlb edilib".
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda konfransda deyib.
O bildirib ki, son 15 ildə dünyada baş verən müharibələr nəticəsində 2,5 milyon insan həlak olub: "Hazırda yalnız Asiya qitəsinin 31 ərazisində münaqişələr mövcuddur və münaqişələrin sayına görə, Asiya qitəsi birinci yerdədir. Afrika qitəsində də münaqişə ocaqları var. Bu münaqişə ocaqları yalnız İslam dünyasına aid edilməməlidir. Həm xristian və yəhudi dinlərinin, həm də digər dinlərin yayıldığı ərazilərdə də müharibələr, qarşıdurmalar baş verir. Beynəlxalq təşkilatların olmasına baxmayaraq, münaqişələr davam edir, insanlar həlak olurlar. 2015 -ci ildə münaqişələrdə ölənlərin sayı 2008-ci ildə müharibələrdə həyatını itirənlərdən 3 dəfə çoxdur".


Tags:  Dövlət Komitəsinin sədri Dünya əhalisinin hər nəfərindən biri münaqişə ocağında yaşayır

RƏYLƏR


Top news