Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yadplanetlilər Günəşi “yanacaqdoldurma stansiyası”na çevirdilər – ŞOK VİDEO

Yadplanetlilər Günəşi “yanacaqdoldurma stansiyası”na çevirdilər – ŞOK VİDEO

Date: 1 December 2016 11:08

Ufoloqlar Günəşin enerjisini çəkən Uçan Naməlum Obyekt (UNO) aşkar ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kadrlar Günəşi müşahidə etmək üçün yaradılan SONO adlı kosmik aparatın köməyi ilə alınıb.

Bu aparat Amerika Milli Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyinin birgə layihəsidir. 1995-ci ilin dekabrında buraxılan aparat yarım il sonra işə başlayıb.

Ufoloqlar hesab edir ki, bu kadrlar Günəşin yadplanetlilər tərəfindən “yanacaq doldurma stansiyası” kimi istifadə olunduğunu sübut edir. Bu, birinci hadisə deyil ki, yadplanetlilərin Günəşin enerjisini çəkdiyi iddia edilir. Ufoloqlar əvvəllər də bunu edən nəhəng yadplanetli kosmik gəmini gördüklərini bildiriblər. Xüsusi halda, bu cür xəbərlər cari ilin aprel və iyul aylarında, həmçinin 2015-ci ilin noyabrında meydana çıxıb.

Adətən, ciddi mütəxəssislər belə xəbərləri şərh etmirlər. Ötən ilin sonunda NASA-nın astronavtı Dryu Fostel bildirib ki, alimlər diqqətni şişirdilmiş mövzulara cəlb etmək istəmirlər.

Ömər


Tags:  Yadplanetlilər Günəşi yanacaqdoldurma stansiyasına çevirdilər ŞOK VİDEO

RƏYLƏR


Top news