Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hakerlər bankdan 100 milyon oğurladılar

Hakerlər bankdan 100 milyon oğurladılar

Hakerlər “Muğanbank”ın saytını dağıtdılar (17 Mart 2017 21:30)
Hakerlər dövlətdən 300 milyon dollar oğurladı (10 Mart 2017 17:33)
“Yahoo!” şirkəti 32 milyon istifadəçinin hesabına müdaxilə edilməsi haqda xəbərdarlıq edib (02 Mart 2017 15:35)

Tarix: 1 Dekabr 2016 11:12

Rusiya banklarından biri kiberhücum nəticəsində 100 milyon rubl vəsait itirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ölkənin mərkəzi bankı olan "Bank Rossii" hücum faktını qeydə aldıqlarını təsdiqləyib. Söhbətin hansı bankdan getdiyi açıqlanmayıb. Mərkəzi banka yaxın mənbə regional banklardan birinin filialının hücuma məruz qaldığını və filialdakı bütün vəsaitin oğurlandığını bildirib.
 
Kiberhücumun bankın istifadə etdiyi avtomatlaşdırılmış bank sistemindəki zəiflikdən qaynaqlandığı xəbər verilir. Hakerlər bankın şəbəkəsinə daxil olaraq avtomatlaşdırılmış sistemi "sındırıblar". Nəticədə sistemdən saxta ünvana iri məbləğdə pul köçürməsi həyata keçirilib. Əgər istintaq faktı təsdiqləsə, bu, avtomatlaşdırılmış bank sisteminə qarşı iri vəsaitin oğurlanması ilə nəticələnən ilk uğurlu hücum faktı olacaq.

Milli.Az


Teqlər:  Hakerlər bankdan 100 milyon oğurladılar



RƏYLƏR


Top xəbərlər