36 milyondan çox insan bu virusu daşıyır

36 milyondan çox insan bu virusu daşıyır
11:13 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

1 dekabr Ümümdünya QİÇS-lə mübarizə günüdür. Bu tarix dünya ictimaiyyətinin bu problemə diqqətinin yönəldilməsi məqsədilə 1988-ci ildə təsis olunub.

Publika.az xəbər verir ki, UNAIDS-in hesabatına görə, 2016-cı ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 milyon nəfər təşkil edib. Onlardan da 2,1 mln. nəfəri son 1 ildə yoluxanlardır. İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir. Xilasedici ARV-terapiya (ART) qəbul edənlərin sayı 18,2 mln. nəfər olub ki, onların arasında uşaqlar 910 min nəfərdır. UNAIDS in hesabatında o da qeyd olunur ki, 2020-ci ilə kimi 30 mln. İİV-lə yaşayan insanı ARV terapiya ilə təmin etmək mümkün olacaq.

İİV/QİÇS problemi Azərbaycandanda da aktual problemdir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.

2016-cı ilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 464 nəfərdə təsdiqlənib.Onlardan 450-i (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,0%) isə əcnəbidir. Qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır.

Ümumilikdə 2016-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub.

İİV-lə yaşayan insanlardan 46,3%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,7%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə baş verib. 7,3%-də yoluxma yolu müəyyən edilməyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/178086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR