10 minə yaxın qaçaqmal siqaret aşkar edildi - FOTO

10 minə yaxın qaçaqmal siqaret aşkar edildi - FOTO
11:17 1 Dekabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstandan Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, hadisə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında baş verib. Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 9600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR