Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Marketdə dava: "Ayə, Əhməd, çək bunları!" - VİDEO

Marketdə dava: "Ayə, Əhməd, çək bunları!" - VİDEO

Date: 1 December 2016 11:22

Rusiyanın Surqut şəhərində ticarət müəssisələrində satışda olan ərzaqların və malların keyfiyyətinə könüllü istehlakçı nəzarətini həyata keçirən "Xryuşi protiv" proqramının çəkilişlərindən birində qalmaqal yaranıb.

Milli.Az bildirir ki, alıcıların çoxsaylı şikayətlərindən sonra şəhərin Tümenski trakt, 2 ünvanda yerləşən "Edem" supermarketinə yollanan çəkiliş qrupu sərt müqavimətlə razılaşıb.

Çəkilişi "Yuqra TV" telekanalının operatoru reallaşdırırdı.

Proqramın rəhbəri Aqata Qridinanın dediyinə görə, marketin əməkdaşları və "rəhbər"ləri olduqlarını deyən şəxslər onlara hücum çəkiblər.

Onlardan biri: "Ayə, Əhməd, çək bunları!" - deyib və çəkiliş qrupunu smartfonu ilə çəkməyə başlayıb.

Milli.Az


Tags:  Marketdə dava Ayə Əhməd çək bunları VİDEO

RƏYLƏR


Top news