Türkiyənin Azərbaycandakı səfiri: "Azərbaycanın Türkiyəyə sərmayə qoyuluşunun 15-20 mlrd. dolları keçəcəyini gözləyirik"

Türkiyənin Azərbaycandakı səfiri: "Azərbaycanın Türkiyəyə sərmayə qoyuluşunun 15-20 mlrd. dolları keçəcəyini gözləyirik"
11:27 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Türkiyə ilə Azərbaycan arasında ikili ticarət son illər qlobal hadisələrlə əlaqədar olaraq təəssüf ki, istənilən səviyyədə deyil. Hətta ötən illərlə müqayisədə bir qədər geriləmə müşahidə edilir. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən İKT üzrə Azərbaycan-Türkiyə işgüzar görüşündə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkal Özoral deyib.
"Ancaq yenə də 2023-cü ilə qədər ikitərəfli ticarətin həcmini 15 mlrd. dollara çatdırmaq hədəfindən vaz keçmirik. Təbii ki, iqtisadi münasibətlər sadəcə ticarətlə bitmir. İki ölkə qarşılıqlı şəkildə böyük həcmdə investisiyalar yatırıb. Türkiyənin Azərbaycandakı yatırımının ümumi həcmi 9 mlrd. dollara çatıb. Türkiyədəki Azərbaycan sərmayəsinin də həcmi artmaqdadır. Hazırda Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 4 mlrd. dollardan çox olsa da, gələcək illərdə, xüsusilə "Star" Neft Emalı Zavodunu nəzərə almaqla, bu rəqəmin 15-20 mlrd. dolları keçəcəyini gözləyirik", - deyə E. Özoral bildirib. 
Azərbaycanda hazırda həyata keçirilən iqtisadi islahatların ticarətin və istehsalın həcmini artıracağını, ölkədə xarici sərmayəçilərin gəlməsini təmin edəcəyini deyən E. Özoral Türkiyə iş adamlarını Azərbaycana tərəddüd etmədən sərmayə yatırmağa dəvət edib: "Azərbaycan Qafqazın parlayan ulduzudur. Bizim də burada payımızın olması qardaşlıq borcumuzdur. Hazırkı iqtisadi şərtlərdə rəqabət daha da kəskinləşir. Azərbaycan sənaye parkları inşa edir, azad ticarət zonası yaradır. Odur ki, indidən rəqabətə hazır olmaq lazımdır". 
Qeyd edək ki, bugünkü forumda Türkiyədən 17 şirkət iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/turkiyenin-azerbaycandaki-sefiri-azerbaycanin-turkiyeye-sermaye-qoyulusunun-15-20-mlrd-dollari-ke

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR