İnternet nəhənginin 1 milyondan çox hesabına müdaxilə edilib

İnternet nəhənginin 1 milyondan çox hesabına müdaxilə edilib
11:35 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

"Check Point" şirkətinin mütəxəssisləri tərəfindən "Android" mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün aşkar edilmiş zərərverici proqram təminatı "Google"un xidmətlərindən istifadə edən 1 milyondan çox hesaba müdaxilə edib.

"Gooligan" adlı zərərverici proqram "Android 4" ("Jelly Bean", "KitKat") və "5" ("Lollipop") platforması ilə işləyən qurğuları virusa yoluxdurur və autentifikasiya üçün elektron poçt ünvanları və məlumatları ələ keçirir.

"ICTnews" Elektron Xəbər Xidməti "gazeta.ru" saytına istinadən yazır ki, məlumata görə, oğurlanmış informasiya sayəsində hakerlər "Gmail", "Google Photos", "Google Docs", "Google Play", "Google Drive" və "G Suite" xidmətlərindən istifadə edənlərin məxfi məlumatlarına müdaxilə edə bilərlər.

"Check Point" şirkəti dərhal "Google"un təhlükəsizlik xidmətini bu hücum barədə məlumatlandırıb. Bundan sonra şirkət zərərçəkmiş istifadəçiləri məlumatlandırıb.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44664-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR