Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ şirkətləri Azərbaycanın neft sektoruna 9 mlrd. dollar sərməyə yatırıb

ABŞ şirkətləri Azərbaycanın neft sektoruna 9 mlrd. dollar sərməyə yatırıb

Date: 1 December 2016 11:42

Bakı. 1 dekabr. REPORT.AZ/ Amerika şirkətlərinin Azərbaycanda neft-qaz sektoruna indiyədək yatırdığı investisiyaların ümumi həcmi 9 mlrd. dollar olub. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunda iqtisadiyat nazirinin müavini Sahil Babayev bildirib. 
O qeyd edib ki, Azərbaycanın isə ABŞ iqtisadiyatına investisiyaları 3 mlrd. dollar təşkil edib və bunun əsas hissəsini Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyasınınpayına düşür: "Azərbaycan və ABŞ arasında əməkdaşlığın böyük tarixi var və bu əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindədir. İki ölkə arasındakı əməkdaşlıqda Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) da böyük rolu var". 
Tədbirdə çıxış edən Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanov isə bildirib ki, gələn ilin may ayında Amerikada İpək Yolu dəhlizinin inkişafı ilə bağlı forum keçiriləcək.


Tags:  ABŞ şirkətləri Azərbaycanın neft sektoruna mlrd dollar sərməyə yatırıb

RƏYLƏR


Top news