Azərbaycan Həndbol Federasiyasına yeni prezident seçilib

Azərbaycan Həndbol Federasiyasına yeni prezident seçilib
11:42 1 Dekabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının təşkilat məsələlərinin müzakirəsi ilə bağlı növbəti konfransı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, konfransda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.
Ç.Hüseynzadə bildirib ki, keçmiş SSRİ-də çox böyük uğurları olan həndbol bu uğurlardan kənar qalıb. Bu səbəbdən, MOK rəhbərliyi ilə Gənclər və İdman Nazirliyi federasiyada dəyişiklik edilməsinə qərar verib. Daha sonra o, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədovu təqdim edib.
S.Məmmədov səsvermə yolu ilə AHF prezidenti seçilib.
Qeyd edək ki, əvvəlki federasiya prezidenti Heydər Babayev öz istəyi ilə bu vəzifədən kənarlaşdırılması üçün ərizə yazıb.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-hendbol-federasiyasina-yeni-prezident-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR