Həkimi öldürən polis intihar etdi

Həkimi öldürən polis intihar etdi
11:52 1 Dekabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Polis əməkdaşı Sverdlovsk vilayətinin Rej şəhər xəstəxanasının həkimini güllələdikdən sonra intihar edib. 

Mill.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Regional İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelıya istinadən TASS məlumat yayıb.  

Hadisə dekabrın 1-nə keçən gecə baş verib. "Faciə xidməti borcu yerinə yetirməklə əlaqədar deyil. Hər şey ailə-məişət münaqişəsi, qısqanclıq zəminində baş verib", - o dəqiqləşdirib. 

"Uralinformbüro"nun məlumatına görə, həlak olan şəxs reanimasiya şöbəsinin rəhbəri idi. Polis arvadının bu həkimlə yazışdığını öyrəndikdən sonra tibb oçağına gəlib və kişini öldürüb.

"Daha sonra həkimin telefonundan arvadına zəng edərək törətdiyi əməli etiraf edib və özünü öldürüb", - "İnterfaks" Qorelının sözlərindən sitat gətirib. 

Vilayət Səhiyyə Nazirliyinin əməkdaşı Konstantin Şestakov baş verənlərin xəstələrin həyatı üçün təhlükəli olmadığını bildirib.  

Baş verənləri araşdırmaq üçün DİN vilayət üzrə kadr xidmətinin rəisi Rejə yola düşüb. Onunla yanaşı, şəhərə psixoloqlar da gəlib. Hadisə üzrə xidməti araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR