Gədəbəy qızıl yatağı Azərbaycanın elektrik şəbəkəsinə qoşulub

Gədəbəy qızıl yatağı Azərbaycanın elektrik şəbəkəsinə qoşulub
11:52 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Gədəbəy rayonunda yerləşən qızıl yatağının istismarı üçün elektrik enerjisini bundan sonra Azərbaycanın vahid elektrik şəbəkəsindən təmin edəcək. “Report” xəbər verir ki, bu barədə yatağın işlənməsini həyata keçirən “Anglo-Asian Mining” şirkətinin prezidenti Reza Vəziri məlumat verib.
Onun sözlərinə görə, artıq yataq ölkənin elektrik şəbəkəsinə qoşulub. Bu isə ekoloji cəhətdən təmiz və ucuz enerji əldə etməyə imkan verir.
Xatırladaq ki, indiyə qədər Gədəbəy qızıl yatağı dizel yanacağı ilə işləyən generatorlar vasitəsilə enerji ilə təmin edilirdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/gedebey-qizil-yatagi-azerbaycanin-elektrik-sebekesine-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR