Mağazadan 700 manat oğurladı

Mağazadan 700 manat oğurladı
11:54 1 Dekabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda oğurluq olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 19-na keçən gecə Salyan rayonunun Yolüstü kəndində kənd sakini Cavid Hüseynova məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə 700 manat pul oğurlanıb.

 

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Bayram Kərimzadə tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR