Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saleh Məmmədov: "Məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır"

Saleh Məmmədov: "Məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır"

Date: 1 December 2016 12:02

Bakı. 1 dekabr. REPORT.AZ/ "Gənclik illərindən daim idmana çox böyük həvəs göstərmişəm. Sevinirəm ki, "Azəryol" voleybol klubunun prezidenti olduğum dövrdə komandanın uğurunda mənim də payım olub".
"Report"un məlumatına görə, bunu Azərbaycan Həndbol Federasiyasının (AHF) yeni prezidenti Saleh Məmmədov deyib. O, sovet dövründə futbolçu olduğunu da xatırladıb. S.Məmmədov bildirib ki, yeni vəzifədə məqsədi həndbol ənənələrini Azərbaycana qaytarmaqdan ibarətdir: "Prezident İlham Əliyevə mənə göstərdiyi etimada görə təşəkkür edirəm".
Qeyd edək ki, Saleh Məmmədov bu gün Milli Olimpiya Komitəsində keçirilən AHF-in Konfransında qurumun yeni prezidenti seçilib. O, öz ərizəsi ilə vəzifəsindən ayrılan Heydər Babayevi əvəzləyib. 


Tags:  Saleh Məmmədov Məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır

RƏYLƏR


Top news