Natiq Əliyevdən OPEC-in qərarına MÜNASİBƏT

Natiq Əliyevdən OPEC-in qərarına MÜNASİBƏT
12:04 1 Dekabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir". Energetika Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu energetika naziri Natiq Əliyev noyabrın 30-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 171-ci iclasında neft hasilatının azaldılması ilə bağlı əldə edilən razılığa münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu, neft bazarında tarazlığın təmin edilməsi istiqamətində atılan mühüm addımdır.

 

Bununla yanaşı, energetika naziri hesab edir ki, neftin qiymətində sabitliyə və yüksəlişə yalnız OPEC ölkələrinin sutkalıq hasilatı 1,2 mln. barrel azaltmasını nəzərdə tutan qərar uzunmüddətli olacağı təqdirdə nail olmaq mümkündür: "Azərbaycanın mövqeyinə gəldikdə isə, hamıya məlumdur ki, ölkə Prezidenti səviyyəsində Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib. Bir daha vurğulayırıq ki, Azərbaycan neft hasilatının artırılması ilə bağlı hər hansı bir tədbir görməyi planlaşdırmır".

 

OPEC-in dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə nəzərdə tutduğu görüşlə bağlı Natiq Əliyev bildirib ki, toplantıya dəvət olacağı və iştirakımızın zəruri hesab ediləcəyi təqdirdə Azərbaycan tədbirə qatılacaq. “Hesab edirəm ki, qeyri-OPEC ölkələri üçün hasilatı hansı həcmdə azaltmaqla bağlı məsələlər bu toplantıdakı müzakirə əsasında müəyyənləşəcək. Azərbaycan irəli sürüləcək təklifi qəbul etməyə və beləliklə, neftin qiymətinin artması prosesinə öz töhfəsini verməyə hazırdır”-deyə Natiq Əliyev bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR