14 milyon insan bu virusun daşıyıcısı olmasından xəbərsizdir

14 milyon insan bu virusun daşıyıcısı olmasından xəbərsizdir
12:05 1 Dekabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada İİV infeksiyasının daşıyıcısı olan insanların təxminən 40 faizi, yəni 14 milyon nəfər bu virusun daşıyıcısı olduğundan xəbərsizdir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib. 
Məlumata görə, buna səbəb həmin insanların virusla bağlı yoxlanışlardan keçməməsidir. 
Təşkilatın hesabatında qeyd olunub ki, İİV-ə yoluxan insanların aşkar edilməsi və onların müayinəyə cəlb olunmasında gecikmələr olur: "Hazırda dünyada 37 milyon insan İİV infeksiyasına yoluxub. Onlardan 18 milyonu virusa qarşı müalicə olunur. Lakin Şərqi Avropa, Şərqi Aralıq Dənizi regionu ilə Qərbi və Mərkəzi Afrikada bu xəstəliyə qarşı müayinələrin aparılması səviyyəsi aşağıdır".
ÜST-ün hesabatında o da bildirilib ki, ötən il dünyada 1,1 milyon insan İİV-ə görə həyatını itirib, 2 milyon insanda isə yeni yoluxma faktı aşkarlanıb.
Qeyd edək ki, 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR