"Qəbələ"nin ilk məğlubiyyəti

"Qəbələ"nin ilk məğlubiyyəti
12:07 1 Dekabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Fanat.Az xəbər verir ki, Topaz Premyer Liqasının XIII turunun “Qarabağ”la səfər matçında 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” mövsümdə ilk dəfə xalsız qalıb. 


Roman Qriqorçukun yetirmələrinin son yenilgisi ötən mövsümün XXXIV turuna təsadüf edib. Həmin vaxt da “Qarabağ”la səfər oyununda xalsız qalan qəbələlilər 0:2 hesabı ilə uduzmuşdu. Mayın 11-dəki məğlubiyyətdən sonra “qırmızı-qaralar” keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 4 heç-heçə etmişdi. 


202 gündən sonra xalsız qalan əyalət klubu öz tarixində 3-cü nəticəyə imza atıb. “Qəbələ” 2011-ci ildə ardıcıl 16 görüşdə uduzmamışdı ki, bu rekordu təkrarlamaq üçün komandaya iki matç çatmayıb. Ötən il isə “qırmızı-qaralar” 15 oyundan ibarət seriyaya imza atmışdı.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-ilk-mlubiyyti-t54605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR