Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda İraq vətəndaşları həmyerlilərinə qarşı 54,5 min dollarlıq dələduzluq edib

Bakıda İraq vətəndaşları həmyerlilərinə qarşı 54,5 min dollarlıq dələduzluq edib

Date: 1 December 2016 12:12

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda İraq vətəndaşları öz həmyerlilərinə qardşı dələduzluq edib.
“Report”un xəbərinə görə, carı ilin oktyabr ayında İraq vətəndaşları 30 yaşlı Ahmed Abdulhaq İsmael və 29 yaşlı Ahmed Ali Mutara bir neçə nəfərin etibarından sui-istifadə edərək 13 nəfərə qarşı ümümlikdə 54 500 ABŞ dolları məbləğində dələduzluq edib.
Belə ki, onlar 28 yaşlı Ahmed Ali Camaldan 4 500, 22 yaşlı Abdullah Sultan Abdullahdan 3 min, 20 yaşlı Muhammed Ali Thuamadan 4 500, 19 yaşlı Ahmed Maheer Mahmooddan 5 min, Zeyad Ahmed Zeyad Tarek Abeddən 3 500, Hayman İbrahim Salardan 3 500, Mohammed Khalid Qasımdan 5 min, Mohammed Hushan Abdulqaderdən 3 min, 18 yaşlı Thamer Khalid İbrahimdən 3 min, Omar Mahmood Tahardan 5 min, Ahmed Ayaddan 5 min, Mustafa Abeer Mubarekdən 5 min, Yahya Sinan Najatdan 4 500 və ABŞ dollar pul alıb, lakin geri qaytarmayıblar.
Zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır.


Tags:  Bakıda İraq vətəndaşları həmyerlilərinə qarşı 54 min dollarlıq dələduzluq edib

RƏYLƏR


Top news