2017-ci il üçün yaşayış minimumu artırılır

2017-ci il üçün yaşayış minimumu artırılır
12:13 1 Dekabr 2016
522 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu 14 faiz və ya 19 manat artırılacaq”.

Publika.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı bildirib.

S.Şərifov deyib ki, “2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir:

“Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7 faiz və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2 faiz və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8 faiz və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb”.

Xatırladaq ki, Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 136 manat təşkil edir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/178096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR