Gəncədə qırılan sindrom

Gəncədə qırılan sindrom
12:17 1 Dekabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz” Gəncədə üzləşdiyi ən uğursuz seriyalardan birini qırıb. Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qərblilər “Neftçi” ilə ev oyunlarındakı qələbəsizliyə Topaz Premyer Liqasının XIII turunda son qoyub. 2002-ci il fevralın 27-də əldə olunan 2:1 hesablı qalibiyyətdən sonra səfərdə 3 xal qazanmasına baxmayaraq, gəncəlilər evdə bunu bacarmırdı. 


Öz meydanındakı 8 matçda cəmi 2 heç-heçə edib, 6 dəfə uduzan gəncəlilər əzəli rəqibi ilə duellərdəki sindromu 2:0 hesablı qələbə ilə qırıb.


5387 gündən sonra qırılan sindrom “Kəpəz”in tarixində 3 ən uğursuz ev seriyasından biridir. Ardıcıl 9 oyundur “Qarabağ”ın uduzmadığı Gəncə səfərləri “Bakı” üçün də uğurlu alınıb. Paytaxtın eyniadlı klubu bu səfərlərdə 6 oyundur yenilmir. “Neftçi”dən fərqli, digər iki komanda ilə matçlardakı seriyalar qırılmayıb. Lakin “Bakı” peşəkar liqalarda çıxış etmədiyindən bu seriyanın davamı qeyri-müəyyən zamana təxirə düşüb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-gncd-qrlan-sindrom-t54606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR