Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bakutel-2016” sərgi-konfransı çərçivəsində əməkdaşlıq memorandumları imzalandı

“Bakutel-2016” sərgi-konfransı çərçivəsində əməkdaşlıq memorandumları imzalandı

Date: 1 December 2016 12:35

Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları – "Bakutel 2016" Sərgi-Konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Belarusun "Geoinformasiya idarəetmə sistemləri" holdinqinin idarə şirkəti "AGAT-idarəetmə sistemləri" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
 






 























Sənədi Belarusun "AGAT-idarəetmə sistemləri" ASC-nin adından direktorun birinci müavini Dmitri Qoryaçko, Məlumat Hesablama Mərkəzinin adından isə direktor Elnar Əsədov imzalayıblar. Anlaşma Memorandumu innovasiya texnologiyaları və kadrların hazırlanması sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq imzalanıb.

Beş il müddətində qüvvədə olan bu sazişə uyğun olaraq birgə əməkdaşlıq çərçivəsində tərəflər arasında imkanların birləşdirilməsi, kadrların hazırlanması üçün zəruri infrastrukturun yaradılması, ölkələrarası perspektivli innovasiya layihələrinin birgə inkişaf etdirilməsi və tətbiqi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin hazırlanması və s. kimi çox əhəmiyyətli müddəalar icra ediləcək.


 
























Bununla yanaşı, Məlumat Hesablama Mərkəzi, "Türkiyə elmi və texnoloji araşdırma qurumu informatika və məlumat təhlükəsizliyi yüksək texnologiyalar üzrə araşdırma mərkəzi (TÜBİTAK BİLGEM)" və "Hava Elektronik Sanayi ve Ticaret A.Ş. (HAVELSAN)" şirkətləri arasında da Anlaşma Memorandumu imzalanıb.
 
Sazişə əsasən, Türkiyənin HAVELSAN və TÜBİTAK BİLGEM dövlət şirkətləri Məlumat Hesablama Mərkəzinin Açıq Açar İnfrastrukturunun (PKI) inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq etmək arzusunda olduqlarını bildirdilər və tərəflər bu istiqamətdə 3 (üç) il müddətinə qüvvədə olacaq müddəalara imza atdılar. 
 
Tərəflər öz fəaliyyət sahələrini nəzərə alaraq imkan və bacarıqlarını birləşdirmək yolu ilə layihələr çərçivəsində daha məhsuldar işləyə biləcəkləri məsələsində ümumi fikrə gəldilər.
 
Bu Memorandum çərçivəsində xarakterizə edilən layihələrdə HAVELSAN və TÜBİTAK BİLGEM Konsorsium Ortağı, MHM isə Müştəri funksiyasında çıxış edir.
 
Qeyd edək ki, sərgiyə qatılan Moldovanın İnformasiya texnologiyaları nazirinin müavini cənab Vitali Çolakla da MHM-in xidmətləri barədə əməkdaşlıq əlaqələri müzakirə olunub.





Tags:  Bakutel-2016 sərgi-konfransı çərçivəsində əməkdaşlıq memorandumları imzalandı



RƏYLƏR


Top news