Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İcra başçısının Rüstəm Usubov və Abid Şərifova məktubları açıqlandı - MƏHKƏMƏDƏ

İcra başçısının Rüstəm Usubov və Abid Şərifova məktubları açıqlandı - MƏHKƏMƏDƏ

Date: 1 December 2016 12:39

 

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin pbaş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, Binəqədi rayon icra hakiminin sabiq müavini Qəzənfər Novruzov və digər şəxslərin cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

 

Prosesdə cinayət işinin 13-cü cildində olan sənədlər elan edilib. Miryusif Mahmudovun vəkili bildirib ki, 10-cu cilddə Nərimanov rayon Polis İdarəsindən göndərilən məktub var: "Həmin hissənin elan edilməsini istəyirik".

 

Hakim bildirib ki, həmin hissə elan ediləcək.

 

 

13-cü cild elan olunan zaman şahid qismində Tural Məmmədovun və Mirələddin Cavadovun ifadələri oxunub.

 

Vəkillər bidirib ki, onlar istintaqa ifadə versə də,  şahidlər siyahısına salınmayıb.

 

 

Tural Məmmədov istintaqa ifadəsində bildirib ki,  Azadlıq prosopektində binaların üzlənməsi zamanı sahə rəisi olub.

 

Məhkəmədə Ekpsertiza Mərkəzindən gələn məktub elan edilib.

 

 

Cinayət işinin 14-cü cildində Binəqədi rayon İcra Hakimiyyəti başçısının baş prokurorun 1-ci müavini Rüstəm Usubova göndərdiyi məktub elan edilib. Məktubda Binəqədi rayon icra hakiminin birinci müavini Qüdrət Seyfullayevin sərəncama çıxarılması qeyd edilib.

 

 

Məktubda həmçinin müxtəlif illərdə icra hakiminin müavinlərinin işə götürülməsi, çıxarılması və vəzifə bölgüləri ilə bağlı məlumatlar qeyd edilib.

 

 

Təqsirləndirilən Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva bildirib ki, prokurorun məktubu  elan etməsində məqsəd Qəzənfər Novruzovun vəzifə səlahiyyətlərin sui-istifadə etməsi ilə bağlı ittihamı sübut etməkdir.

 

 

Mİryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib ki,  şirkət binanların üzlənməsi ilə bağlı təhvil-təslimi birbaşa Qüdrət Seyfullayevlə aparıb: "Onun özü də hər şeyin yerində olduğunu, heç bir şikayətlərinin olmadığını deyib. Yalnız onun barəsində heç bir tədbir görülməyib".

 

 

Sənədlərin tədqiqi mərhələsində Xaləddin İsgəndərovun Abid Şərifova ünvanlağı məktublar də açıqlanıb.

 

 

Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

 

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədaləto Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutalan cianyət işi başlanılıb.

 

 

Akif Əlibəyov və Ağacavad Məmmədov barəsindı həbs qətkmkan tədbiri seçilməyib.


Tags:  İcra başçısının Rüstəm Usubov Abid Şərifova məktubları açıqlandı MƏHKƏMƏDƏ


RƏYLƏR


Top news