Aktrisa Cəmilə Tağızadə “ARB Ulduz”da yayımlanan “Şou məkan” verilişinə açıqlama verib.
Axşam.az-ın məlumatına görə, aktrisa "Cehizsiz gəlinlər" filmindən söz açıb:
“Kənardan asan görünür, insanlar deyirlər ki, əşi, nə vecinə, bəxtəvər adamlardır. Çıxırlar deyirlər, gülürlər. Vəssalam, bununla da bunların işi bitdi. Elə bir obraz oynamışam ki... Bir ssenari var idi: atamız bizi evdən qovur, anamızı döyür, ayaqyalın küçələrə düşmüşük. Təsəvvür edin bu səhnədə nələr çəkmişik”.
Aktrisa bildirib ki, açıq-saçıq səhnələrdən imtina edir:
“Bu yaxınlarda bir filmə dəvət etmişdilər. Orda öpüş səhnəsi var idi. Dedim ki, çəkilmək istəmirəm. Xaricdə yaşasaydım, təklif olunan qonora əsasənda açıq-saçıq səhnələrə çəkilərdim. Ancaq Azərbaycanda nə qədər qonorar versələr də, razılaşmaram. Fotosessiyalarımda belə açıq-saçıqlığa yol vermirəm. Mənə təklif gəlmişdi ki, hansısa bir alt geyiminin reklamında çəkilim. Qəbul etmədim.
Dayım görsə o şəkili nə edər mənə? Nəslim qapının ağzında düzülər, məni öldürərlər. O qonorar 50 min yox, 100 min dollar olsa da, Azərbaycanda razılaşmazdım".
C. Tağızadə “Bu qədər əziyyətə dözmüşəm. Əgər mənim həyat yoldaşım ürəyimcə bir insan olsa, razılaşaram. Mən onu çox sevsəm, sənətimi ailəmə qurban verərəm” deyə, əlavə edib.