Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Neft daşları” yatağında yeni quyu istismara verilib

“Neft daşları” yatağında yeni quyu istismara verilib

Date: 1 December 2016 12:42

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında yeni quyu qazılaraq istismara verilib. “Report” SOCAR-a istinadən xəbər verir ki, söhbət 1637A saylı estakadayanı meydançada yerləşən 2646 nömrəli quyudan gedir.
Quyu Girməkialtı lay dəstəsi (1 010-1 005 metr intervaldan) horizontundan qazlift üsulu ilə mənimsənilib və sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna daxil edilib. 
Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir. 


Tags:  Neft daşları yatağında yeni quyu istismara verilib

RƏYLƏR


Top news