Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycandan Cibutiyə yükdaşımalar üzrə aviareys açılacaq

Azərbaycandan Cibutiyə yükdaşımalar üzrə aviareys açılacaq

Azərbaycan və BƏƏ arasında yeni reys martın 16-dan açılacaq (07 Mart 2017 12:27)
Aktauda Azərbaycan və Qazaxıstan "Dostluq parkı" açılacaq (02 Mart 2017 17:42)
Azərbaycanla İran arasında yeni aviareys açılacaq (25 Fevral 2017 15:37)

Tarix: 1 Dekabr 2016 12:47

Bakı. 1 dekabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov noyabrın 29-30-da Cibutidə işgüzar səfərdə olub. AZAL-dan "Report"a verilən məlumata görə, səfər çərçivəsində C.Əsgərov Cibuti prezidenti İsmail Ömər Qelle, Cibuti Ticarət Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkr Ömər Hadi ilə görüş keçirib.
Görüşlər zamanı yeni Cibuti beynəlxalq hava limanı layihəsinin təqdimatı olub və Azərbaycan şirkətlərinin buradakı inşaat işlərində iştirak imkanları müzakirə edilib. 
Tərəflər əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb, yükdaşımalar üzrə Bakı-Cibuti aviareysinin açılması, Azərbaycan-Cibuti müştərək yükdaşımalar şirkətinin yaradılması barədə razılıq əldə ediblər. 


Teqlər:  Azərbaycandan Cibutiyə yükdaşımalar üzrə aviareys açılacaq



RƏYLƏR


Top xəbərlər