Çin təbabətində arıqlamaq üçün tətbiq olunan fantastik metodlar – FOTOLAR

Çin təbabətində arıqlamaq üçün tətbiq olunan fantastik metodlar – FOTOLAR
12:48 1 Dekabr 2016
3911 Digər
Ölkə mətbuatı
A- A+

150 kq ağırlığında olan və heç bir halda arıqlaya bilməyən 11 yaşlı çinli uşağı ənənəvi Çin tibbinin metodları ilə arıqladacaqlar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Jill əyalətinin Çanqçun şəhərindəki xəstəxanada müalicə alan 11 yaşlı Li Hanqı həkimlər banka müalicəsi, alov terapiyası və iynəbatırma da daxil olmaqla olduğu müxtəlif metodlarla arıqladacaq.

Nadir rast gəlinən Prader-Villi sindromuna tutulan Hanq yemə problemi və anormal orqan toxuma böyüməsindən, bundan başqa 10 artıq xəstəlikdən əziyyət çəkir. Bunlar arasında köklük, yüksək qan təzyiqi, qaraciyər yağlanması və podaqra xəstəliyinin də olduğu bildirilib.

Hanq dörd yaşında həmyaşıdlarından iki dəfə çox 43 kq çəkidə olub,10 yaşında isə 167 kq-a qədər kökəlib. Bundan sonra uşağın ailəsi onu idman və pəhrizlərlə arıqlatmağa çalışıb. Lakin bütün cəhdlər uğursuzluqla nəticələnib. Mədəsindən də əməliyyat etdirilən Hanq cərrahi əməliyyat sonra cəmi 20 kq arıqlamağa müvəffəq olub. Amma tezliklə yenidən kökəlib.

Hanqın ailəsi son çarəni piylənmə xəstəlikləri üzrə ixtisaslaşdırılmış xəstəxanaya çatdırılıb. Hanqa banka müalicəsi, alov terapiyası və iynəbatırma ilə müalicə tətbiq olunub. İki aydır xəstəxanada müalicə olunan Hanq alınan 15 kq arıqlayıb.

Aytən






Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/178097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR