Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Komandante son səfərinə çıxdı - FOTO

Komandante son səfərinə çıxdı - FOTO

Date: 1 December 2016 12:52

Kuba inqilabının lideri, 90 yaşında vəfat etmiş Fidel Kastronun kremasiyadan sonrakı külü doğulduğu Santyaqo de Kuba şəhərinə aparılır.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, dünən Syenfueqos şəhərinin küçələrində on minlərlə insan vardı. Şəhər sakinlərinin, demək olar ki, hamısı Fidel Kastro ilə vidalaşmağa çıxmışdılar. Matəm korteji Komandantenin külünü Santyaqo de Kubaya aparır.

Kortej ölkənin 15 vilayətindən 13-nün ərazisindən keçəcək. Dekabrın 3-də Santyaqo de Kuba şəhərindəki Antonio Maseo meydanında kütləvi vida aksiyası keçiriləcək.

Fidel Kastronun külü dekabrın 4-də şəhərdəki Müqəddəs İfigeniya məzarlığında dəfn olunacaq.

Noyabrın 25-də dünyasını dəyişmiş Komandantenin vəfatı ilə bağlı noyabrın 26-da Kubada 9 günlük milli matəm elan olunmuşdu.

Milli.Az











































































Tags:  Komandante son səfərinə çıxdı FOTO

RƏYLƏR


Top news