Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qənirə Paşayeva: “Bu, səhiyyənin adına ləkədir”

Qənirə Paşayeva: “Bu, səhiyyənin adına ləkədir”

"Onların çoxunun tələbə yataqxanlarına ehtiyacı var" - Qənirə Paşayeva (17 Mart 2017 18:47)
Qənirə Paşayeva: “Bölgələrdə baxçalar və məktəbəqədər təhsillə bağlı problemlər var” (10 Mart 2017 12:33)
Qənirə Paşayeva: “Soyqırım törədənlərin cavab verməsinə nail olmalıyıq” (25 Fevral 2017 14:19)

Tarix: 1 Dekabr 2016 12:53

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda bəzi növ göz əməliyyatlarının keçirilməsinin qadağan olunmasına etirazını bildirib.

Publika.az xəbər verir ki, deputat bu gün parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib ki, Azərbaycanda gözün buynuz qişasının əməliyyatı, transplantasiyasına görə lazım olan buynuz qişa toxumalarının ölkəyə gətirilməsi və bu əməliyyatın keçirilməsi qadağandır:

“Bu yaxınlarda Milli Oftolmologiya Mərkəzinə bir xəstə göndərdim ki, yoxlanıb əməliyyat olunsun. Amma xəstə mənə dedi ki, əməliyyatı Azərbaycanda etmək mümkün deyil və məni İrana göndərin. Mən də Milli Oftolmologiya Mərkəzinə zəng edib dəqiqləşdirdim. Mənə dedilər ki, Azərbaycanda gözün buynuz qişasının əməliyyatı, transplantasiyasına görə lazım olan buynuz qişa toxumalarının ölkəyə gətirilməsi və bu əməliyyatın keçirilməsi qadağandır. Gözün buynuz qişasının toxuma əməliyyatlarının Azərbaycanda keçirilməsinin qadağan olunması və bu toxumaların xaricdən ölkəyə gətirilməsinin qadağan edilməsi səhiyyənin adına ləkədir. Buynuz qişa toxumalarının xarici ölkəyə gətirilməsinə və bu növ göz əməliyyatın keçirilməsinin qadağan olunması ilk növbədə səhiyyəmizin adına müsbət hal deyil. Bu gün yüzlərlə insan gözün buynuz qişasının əməliyyatına görə növbələrdədir. Amma bu cür qadağalara görə az qalsın ki, minlərlə insan göz nurundan məhrum olsun. Xahiş edirəm ki, bu cür qadağalar aradan qaldırılsın”.

Vasif Həsənli


Teqlər:  Qənirə Paşayeva Bu səhiyyənin adına ləkədir



RƏYLƏR


Top xəbərlər