"O müğənnilər əxlaqsız qadınla eynidirlər" - Teymur Əmrah

"O müğənnilər əxlaqsız qadınla eynidirlər" -  Teymur Əmrah
13:01 1 Dekabr 2016
185 Şou
Ölkə mətbuatı
A- A+

"Aktyorun xaric danışığı, müğənninin xaric oxumağı əxlaqsız qadınla eyni kateqoriyadadır. Xaric oxumaq çox pis şeydir. Bu, təmiz qulağı da pis korlaya bilər".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Teymur Əmrah "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişində deyib.

Müğənni xaric oxuyan ifaçıları tənqid edib:

"Təsəvvür edin mən kiminləsə səhnədə duet oxuyuram. Qarşımdakı xaric oxusa, mən də ona qoşulacam. 

Yaşlı nəsil görən kimi, "korifey" deyib, baş əyirik. Onların hamısına "korifey" demək olmaz. Onların bəzisi sənətə təsadüfən gəliblər. Bir vaxtlar cəmi bir kanal var idi. Hamının fikri bir nöqtəyə yönlənirdi. Onların arxivini açsanız, görərsiniz ki, oxumaqlarında 1 ton xaric var".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR