Bıçaqlanan Bakı sakini xəstəxanaya gedərkən qəzaya düşüb, anası da yaralanıb

Bıçaqlanan Bakı sakini xəstəxanaya gedərkən qəzaya düşüb, anası da yaralanıb
13:07 1 Dekabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakı sakini əvvəlcə bıçaqlanıb, xəstəxanaya getmək istəyərkən isə qəza törədib.
"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu , Binə qəsəbəsi Təza Sahə adlanan ərazidə Natavan küçəsində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Mirzəliyev Fəxri Aydın oğlu qonşuluğunda tək yaşayan qadının evinə gələn qonaqlarla mübahisə edib. O, qonaqları qadının evində əxlaqsızlıq yuvası təşkil etməkdə günahlandırıb. Bu zaman qonaqlardan biri F.Mirzəyevə iki bıçaq zərbəsi vurub.
F.Mirzəyev anası 59 yaşlı Mirzəliyeva Elmira Əliməmməd qızının köməkliyi ilə "Kia" markalı avtomobilinə əyləşib.
F.Mirzəyev xəstəxanaya gedərkən Aeroport yolunda huşunu itirib. O, sükan arxasında idaretməni itirərək avtomobili dəmir arakəsməyə çırpıb. Nəticədə E.Mirzəliyeva kəllə-beyin travması alıb. Yaralılar "Təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ana və oğlunun vəziyyəti ağırdır.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb. Xəzər RPİ-də cinayət işi başlanılıb.
Qeyd edək ki, F.Mirzəyev Bakı Abadlıq MMC-də suvarma işləri üzrə mütəxəsis vəzifəsində çalışır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bicaqlanan-baki-sakini-xestexanaya-gederken-qezaya-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR