XİN başçısı: "Bosniya və Herseqovina Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır"

XİN başçısı: "Bosniya və Herseqovina Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır"
13:27 1 Dekabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ "Siyasi səviyyədə Azərbaycan və Bosniya və Herseqovina arasında yaxşı əlaqələr var, lakin biz həm də iqtisadi əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəldik".
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bosniya və herseqovinalı həmkarı İqor Çrnadakla görüşdən sonra keçirdiyi brifinqdə deyib.
O, Bosniya və Herseqovinanın enerji sahəsində əlaqələrin qurulması üçün maraqlı olduğunu bildirib: "Eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Çox güman, gələn ilin əvvəlində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi başa çatacaq və bu, Bosniya üçün yeni imkanlar açacaq".
E.Məmmədyarov görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin də müzakirə edildiyini vurğulayıb. O, bütün siyasi platformalarda münaqişənin həll məsələsində Azərbaycana verdiyi dəstəyə görə, Bosniya və Herseqovinaya təşəkkür edib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/xi-n-bascisi-bosniya-ve-herseqovina-dagliq-qarabag-munaqisesinin-azerbaycanin-suverenliyi-cercivesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR