Heydər Babayev işdən uzaqlaşdırıldı

Heydər Babayev işdən uzaqlaşdırıldı
13:38 1 Dekabr 2016
95 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının təşkilati məsələlərinin müzakirəsi ilə bağlı növbəti konfrans keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov iştirak ediblər.

Ç.Hüseynzadə bildirib ki, keçmiş Sovet İttifaqı dövründə çox böyük uğurları olan Azərbaycan Həndbol Federasiyası indi bu uğurlardan kənar qalıb. Bu səbəbdən də MOK rəhbərliyi və nazirlik federasiyada dəyişiklik edilməsi ilə bağlı qərar qəbul ediblər.

A.Rəhimov çıxışında Prezident İlham Əliyevin MOK prezidenti seçildiyi vaxtdan Azərbaycanda idman sahəsində qeydə alınan inkişafdan danışıb: "Mən özüm həndbol üzrə milli yığmanın üzvü olmuşam. O dövrdə bu idman növünə böyük maraq olub. İdman qurğularının yüksək səviyyədə olduğu, cənab Prezidentin dəstəyi olduğu halda niyə həndbolu inkişaf etdirməyək?"

Daha sonra səsvermə yolu ilə "Azəravtoyol" ASC-nin sədri S.Məmmədov Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.

S.Məmmədov bildirib ki, əsas məqsədi həndbol ənənələrini Azərbaycana qaytarmaqdır.

Qeyd edək ki, federasiyanın əvvəlki prezidenti Heydər Babayev öz istəyi ilə vəzifəsindən kənarlaşdırılması barədə ərizə yazıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/178114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR