Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Atambayevdən Rusiyaya böyük ZƏRBƏ: “Kimin xoşuna gəlmirsə...”

Atambayevdən Rusiyaya böyük ZƏRBƏ: “Kimin xoşuna gəlmirsə...”

Date: 1 December 2016 13:48

Qırğızıstan hökuməti Rusiya hərbi bazasını ölkədən çıxaracaq.

Publika.az
xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Almezbek Atambayev deyib.
A.Atambayev bildirib ki, ABŞ-ın hərbi bazasının bağlanması addımı doğru idi: “Bunun kimin xoşuna gəlib-gəlməməsinin bizim üçün fərqi yoxdur. Hesab edirəm ki, “Qansi” bazasının bağlanması doğru addım idi. Eyni addım Rusiya bazası ilə bağlı da atıla bilər. Gələcəkdə Qırğızıstan yalnız öz qüvvələrinə söykənməlidir”.
A.Atambayev qeyd edib ki, müqavilənin vaxtı başa çatandan sonra Rusiya hərbi bazası Qırğızıstandan çıxarılacaq: “Bəlkə də bu, kiminsə xoşuna gəlməyəcək. Lakin mən Rusiya prezidentinə fikrimiz çatdırdım, o məni anladı”.
Qeyd edək ki, Qırğızıstanda Rusiya hərbi bazası 4 obyektdən ibarətdir. 2009-cu ildə hərbi bazanın müddəti 49 illiyə uzadılıb.

Asif


Tags:  Atambayevdən Rusiyaya böyük ZƏRBƏ Kimin xoşuna gəlmirsə

RƏYLƏR


Top news