"Nə musiqi məktbələri, nə də teatrlar bağlanmalı deyil" - BÜDCƏ MÜZAKİRƏSİ

"Nə musiqi məktbələri, nə də teatrlar bağlanmalı deyil" - BÜDCƏ MÜZAKİRƏSİ
13:53 1 Dekabr 2016
100 Şou
Ölkə mətbuatı
A- A+

“Azərbaycanın Baş naziri Artur Rasizadə və maliyyə naziri Samir Şərifov zəngin mədəniyyətə bağlı nəsillərdən çıxıblar. Onlar mədəniyyət sahəsinə vəsait ayrılarkən, bu məsələni nəzərə almalıdırlar”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat deyib ki, Azərbaycanın düşmənləri torpaqlarımızı işğal etməzdən öncə, mədəniyyətimizi işğal edib:

“Bu baxımdan da nə musiqi məktbələri, nə də teatrlar bağlanmalı deyil. Buna yol vermək olmaz. Mədəniyyət ocaqlarının bağlanması ölkədə mədəni düşüncənin formalaşmasına mənfi təsir göstərir. Teatrın bağlanamsına da yol vermək olmaz. Onsuz da onlar cüzi miqdarda maaş alırlar və onlar peşələrinin fanatlarıdırlar. Mədəniyyət sahəsində hansısa sınıqlığa yol vermək və onları bu sahədən ayrımağımızla əslində biz mədəniyyətə zərbə vurmuş olacağıq. Bir daha təkrar edirəm ki, bu sahədə qırılma olanda mütəxəssisi qısa zamanda yetişdirmək mümkün deyil. Odur ki, bu sahəyə diqqət yetirilməlidir. Onlara lazımi səviyyədə vəsait ayrılmalıdır”.

R.Hüseynov qeyd edib ki, təhsil və mədəniyyət sahəsində problem yaranarsa, bunu bərpa etmək üçün uzun illər lazım olur:

“Dahi Hüseyn Cavidin dediyi kimi, qılınc ölkə üçün nədirsə, mədəniyyət də ölkə üçün o qədər vacibdir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/178119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR