Jurnalistlər Röyanı boykot etdi - adı siyahıdan çıxarıldı

Jurnalistlər Röyanı boykot etdi - adı siyahıdan çıxarıldı
13:56 1 Dekabr 2016
308 Şou
Ölkə mətbuatı
A- A+

31 dekabrda Bakı Olimpiya Stadionunda keçiriləcək “Ən Yeni İl” gecəsi ilə bağlı bu gün müğənni Röyanın iştirakı ilə mətbuat konfransının baş tutacağı gözlənilirdi.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mətbuat bu tədbirə dəvət olunsa da, jurnalistlər Röya Ayxanla aralarında yaranan gərginlik səbəbi ilə konfransa qatılmayacaqlarını elan etmişdilər.

İndilərdə alınan məlumata görə, təşkilatçılar məsələdən xəbərdar olandan sonra mediaya müraciət edərək bildiriblər ki, Röya Ayxanın adı konfransda iştirak edəcək şəxslərin siyahısından çıxarılıb. Mətbuatdan isə tədbirə gələrək konfransı işıqlandırılması xahiş olunub. 

Konfransda müğənni Miri Yusif və tədbirin aparıcısı İlkin Həsəni iştirak edəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR