Rusiya XİN başçısı: "Türk axını" layihəsinin reallaşmasında irəliləyiş var"

Rusiya XİN başçısı: "Türk axını" layihəsinin reallaşmasında irəliləyiş var"
13:57 1 Dekabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ “Rusiya ilə Türkiyə terrorçuluğa qarşı mübarizədə və Suriyada siyasi böhranın həllində birlikdə mübarizə aparır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alaniyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyə və Rusiya ikitərəfli münasibətlərin gələcəkdə bərpa edilməsində maraqlıdır. O, “Türk axını” layihəsinin reallaşmasında irəliləyişin olduğunu söyləyib.
Məlumata görə, Türkiyə tərəfi ölkə ərazisində rusiyalı mütəxəssislər tərəfindən tikiləcək Akkuyu Atom Elektirik Stansiyasının strateji sərmayə statusu daşıyacağını təsdiqləyib.
Xəbərdə bildirilib ki, Mövlud Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyadakı rejimin başçısı Bəşşar Əsədin hakimiyyəti ilə bağlı dediklərinə aydınlıq gətirib: “Ankara Bəşşar Əsədi qatil sayır. Bununla belə, Rusiya ilə üst-üstə düşən siyasəti davam etdirəcək”.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qüds uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransındakı çıxışında bildirmişdi: “Biz başqa məqsədlə deyil, dövlət terroru həyata keçirən zalım Bəşşar Əsədin hökmranlığına son qoymaq üçün Suriyaya girmişik”.
Qeyd edək ki, S.Lavrov türkiyəli həmkarı M.Çavuşoğlu ilə birlikdə bu gün keçirilən Türkiyə-Rusiya Ortaq Strateji Planlama Qrupunun 5-ci toplantısında iştirak edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turk-axini-layihesinin-reallasmasinda-irelileyis-var1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR