Bakı konfransının üzvləri İrana yola düşəcəklər

Bakı konfransının üzvləri İrana yola düşəcəklər
14:12 1 Dekabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları iki gün sonra İrana yola düşəcəklər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, İranın Tehran şəhərində ayətullahlar, din və dövlət adamları ilə görüşlər keçiriləcək. O qeyd edib ki, İranda baş tutacaq görüşlər bu gün Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli" mövzusunda keçirilmiş konfransın bir növ davamı olacaq.

QMİ sədri deyib ki, son zamanlar Rusiya, İran və Azərbaycanın dövlət rəhbərləri arasında görüşlər keçirilir: "Din xadimləri arasında keçirilən bu görüşlər üç dövlət arasında gələcək qonşuluq və dostluq münasibətlərinə müsbət təsirini göstərəcək".

Qeyd edək ki, bu gün Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilir. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və digər şəxslər iştirak edirlər.

Tədbirdə öncə Azərbaycan pPrezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub, sonra Azərbaycanda multikulturalizmə həsr olunmuş videoçarx nümayiş olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/494731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR